Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında deyilib.
Dəyişikliyə əsasən bu qanunun 1-ci maddəsində “Bu Qanun sözləri” , Bu Qanunun 1.1 və 1.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla” sözləri ilə əvəz ediləcək. Həmçinin qanunun 1.2-ci maddəsinə aşağıdakılar əlavə ediləcək:
“1.2. Dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları (idarələri) nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla ) mərkəzləşdirilmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir\”.
Bundan başqa qanunun 19.3-cü maddəsindən də “ərzaq” sözü çıxarılacaq. Qanun layihəsinə təklif olunan dəyişikliklər parlamentin martın 4-də keçiriləcək plenar iclasına tövsiyə oluub.
İnterpress.az