“Xocalıya ədalət” kampaniyası ilə bağlı məqalə – CAR mətbuatındabackend

“Xocalıya ədalət” kampaniyası ilə bağlı məqalə – CAR mətbuatında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə CAR-dakı Səfirliyimizdə təşkil edilmiş sərgidə iştirak etmiş müəllif Xocalı faciəsini Soyuq müharibədən sonrakı dövrün “ilk soyqırımı” kimi xarakterizə edir və Ermənistan tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilməsini insanlıq əleyhinə cinayət adlandırır.

Məqalədə qanlı 25 fevral gecəsində 600-dən çox mülki azərbaycanlının öldürülməsinin və Xocalı şəhərinin yerlə-yeksan edilməsinin Ermənistanın etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu xüsusi vurğulanır.

Həmçinin, Xocalı soyqırımı fonunda torpaqlarımızın iyirmi faizindən çoxunun işğalı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsi barəsində məlumat verilir.

Sonda 2008-ci ildə təsis edilmiş “Xocalıya ədalət” kampaniyasının soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli olduğu bildirilir. ( musavat.com )

İnterpress.az