Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakinləri Zaur Xancanov, Adil Dəmirov və Mehman Gülməmmədov şübhəli qismində saxlanılıblar. Məlum olub ki, tutulan şəxslər D. Mehdiyevanın həyətindəki tövlədən 8 baş qoyunu oğurlayaraq Mehman Gülməmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şamaxı rayonuna apararaq orada Qəşəm adlı şəxsə 325 manata satıblar. Həmin qoyunlardan 6-sı geri alınaraq, sahibinə qaytarılıb. Araşdırma zamanı tutulan şəxslərin həmin kənd sakinləri Mahmud və Rəşad Mehdiyevlərə məxsus 3 baş quzunu da oğurlayaraq tanımadıqları şəxsə satdıqları məlum olub.
Dəstə üzvləri Kürdəmir rayonu ilə yanaşı qonşu Şamaxı, Ağsu, Göyçay və Salyan rayonlarında da müxtəlif şəxslərə məxsus ümumilikdə 100-dən artıq xırda buynuzlu heyvanı oğurlayaraq, Şamaxı və Salyan rayonlarında satıblar.
Faktla bağlı araşdırma davam etdirilir. (apa.az)
İnterpress.az