Əslən Zaqatala rayonundan olan 94 yaşlı İbrahim Davudov uzun illər yaşadığı Azərbaycanı tərk edərək, Dağıstandakı qohumlarının yayına köçüb.
Müharibə veteranın sadələşdirilmiş rejimdə Rusiya vətəndaşlığı alması da qısa müddətdə təmin edilib.
“İbrahim Davudov Azərtbaycanın Zaqatala rayonundandır və milliyətcə avardı.
O, 20 yaşı olarkən Belarus cəbhəsində tank diviziyasında xidmət edib və 1944-cü ildə Smolenskdə, Belarusda vuruşub. Döyüşlərdə ağır yaralanmış, 3 qardaşını da itirmişdi”.
Müharibədən sonra Azərbaycanda yaşasa da, ağır sosial durum və aşağı təqaüd onu Dağıstana köçməyə vadar edib.
Dağıstandakı qohumlarlının rəsmi müraciətindən sonra federal orqanlar adətən 7 il çəkən vətəndaşlıq alma prosedurunu bir neçə aya başa çatdırıblar. 94 yaşlı veteran Rusiya pasportunu almağını “ləzginka” oynamaqla qeyd edib.(modern.az)
İnterpress.az