SOCAR Gürcüstana satdığı qazın qiymətini aşağı salırbackend

SOCAR Gürcüstana satdığı qazın qiymətini aşağı salır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, ARDNŞ və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb. Sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və \”SOCAR Gas Export-İmport\” şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.

Sənədə əsasən Gürcüstanda istehlakçılara təklif olunan sosial qazın qiyməti aşağı salınacaq. Bu, əhaliyə məzənnə dəyişikliyindən çəkdiyi zərərin bir qismini kompensasiya etməyə imkan verəcək.
Bundan başqa, ARDNŞ Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.(apa.az)

İnterpress.az