“Musa Quliyev və bir çox deputatlar bəhanələr axtarırlar, deyirlər ki, vaxtında alardınız, artıq gecdir. İndi biz bu pulu sizə verə bilmirik. Verilsə də məbləğ az olacaq. Məmurlarımızın, millət vəkillərimizin şəhid ailələrinə “böyük sevgisi” budur” – deyə, E.Əsədov vurğulayıb.
Milli Məclisin deputatı Musa Quliyev AzNews.az-a açıqlamasında ittihamlara cavab verib. Bildirib ki, Qarabağ əlillərinə və şəhid ailələrinə siğorta pulunun verilməsi məsələsi hazırda Milli Məclisin gündəliyinə daxil deyil: “Konstitusiya Məhkəməsi bununla bağlı qərar vermişdi. Qərar Milli Məclisdə müzakirə edilib, ya edilməməlidir, bu mənə aid olan iş deyil. Məsələ Milli Məclisin gündəliyinə salınmayıb”.
M.Quliyev onu da əlavə edib ki, məsələ Nazirlər Kabinetində araşdırılır: “Necə və hansı şəkildə yardım edilməsi ilə bağlı qərar yəqin ki, araşdırmadan sonra bəlli olacaq. Hökumət mənbələr tapandan sonra məsələyə baxıla bilər”.
İnterpress.az