“Kütləvi çıxarış” kampaniyası – Nəsimidəbackend

“Kütləvi çıxarış” kampaniyası – Nəsimidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kütləvi çıxarış” kampaniyası növbəti dəfə paytaxtın Nəsimi rayonunda keçirilib. Rayondakı yeni tikilmiş yaşayış binalarının birində 50-yə yaxın mənzil sahiblərinə reyestrdən çıxarış təqdim olunub. Bəzi sakinlərdən isə mənzillərin qeydiyyata alınması üçün ilkin hüquqi sənədlər qəbul edilib. “Kütləvi çıxarış” kampaniyası binanın həyətində aparılıb.

Qeyd edək ki, indiyədək Bakının Səbail, Sabunçu, Xətai, Nizami rayonlarında, paralel olaraq regionlarda keçirilən belə kampaniyalardan 6800-ə yaxın vətəndaş faydalanıb.

Kampaniya növbəti həftələrdə də paytaxtla yanaşı, regionlarda davam etdiriləcək. Kampaniyadan faydalanmaq istəyənlər komitənin 148 çağrı mərkəzinə müraciət edə bilərlər. ( azvision.az )

İnterpress.az