2050-ci il pandemiyası: 1,3 milyard insan təhlükə altındadırbackend

2050-ci il pandemiyası: 1,3 milyard insan təhlükə altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayan yetkinlərin sayı iki dəfə artacaq və 1,3 milyard insan diabetdən əziyyət çəkəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yeni hesablamalara görə, diabetli insanların sayı 2021-ci ildəki 529 milyondan 2050-ci ildə 1,3 milyardı keçəcək.

Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir.

Nəticələr The Lancet və The Lancet Diabetes & Endocrinology jurnallarında dərc olunub.

Mütəxəssislər bu məlumatları narahatedici adlandıraraq diabetin insanlar və sağlamlıq sistemləri üçün ciddi təhlükə törətdiyini və dünyada əksər xəstəlikləri üstələdiyini bildiriblər.

BMT 2050-ci ilə qədər dünya əhalisinin təxminən 9,8 milyard nəfər olacağını təxmin edir.

Bu o deməkdir ki, hər yeddi və ya səkkiz nəfərdən biri o vaxta qədər diabetlə yaşayacaq.