ABŞ İsrailə 510 milyon dollarlıq bomba bələdçi dəstləri SATDIbackend

ABŞ İsrailə 510 milyon dollarlıq bomba bələdçi dəstləri SATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İsrailə 510 milyon dollar dəyərində bomba bələdçi dəstlərinin satışını təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Amerika Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) məlumat yayıb.

Məlumata görə, çatdırılma İsrailin müdafiə qabiliyyətinin artırılmasına yönəlib. O, cari və gələcək təhdidlərə qarşı durmağa, həmçinin sərhədləri, infrastrukturu və əhali mərkəzlərini qorumağa kömək edəcək.

ABŞ Dövlət Departamenti artıq sazişi təsdiqləyib, indi Konqres tərəfindən təsdiqlənməlidir.

Bəyanatda vurğulanır ki, İsrailin hərbi imkanlarına dəstək ABŞ-nin əsas milli təhlükəsizlik maraqlarının bir hissəsidir.

Xuraman Etibarlı

İnterpress.az