Güc məşqləri qocalmanı ləngidir.
İnterpress.az xəbər verir ki, bu barədə yeni araşdırmada qeyd olunur.
Aparılan tədqiqat nəticələrinə görə, ağır çəkilərin qaldırılması zamanı əzələlər “miokin” adlı zülal ifraz edir. Cəmi 3 ay ərzində müntəzəm güc məşqləri bu zülalın səviyyəsini 39% artırır.
Məlumatda bildirilir ki, miokin:
▪️əzələ kütləsinin artmasına,
▪️orqanizmin yaşlanma sürətinin azalmasına,
▪️zehni fəaliyyətin yaxşılaşmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, həftədə cəmi iki dəfə edilən güc məşqləri bədənə cavanlaşdırıcı təsir göstərə bilər.
Ən effektiv hərəkətlərə isə “oturub-qalxma” (squat), “çəkmə” (deadlift) və “itələmə” (bench press) daxildir.
Xuraman Etibarlı
İnterpress.az