Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfsəl Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb.
İnterpress.az