BTRİB-in baş direktorunun müavini işdən çıxarılıbbackend

BTRİB-in baş direktorunun müavini işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Baş direktor müavini Xankişi Kişiyev də vəzifəsindən azad edilib.
Məlumatımıza görə, Xankişi Kişiyev bir neçə gün öncə öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, Xankişi Kişiyev uzun illər rabitə sektorunda çalışan, bu sahədə böyük əməyi olan mütəxəssislərdəndir.
O, Moskva Rabitə İnstitutunda və Leninqrad Rabitə İnstitutunda təhsil alıb.
Əvvəllər Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, Politexnik İnstitutunda baş müəllim, Rabitə nazirliyində Elektrik rabitəsi idarəsinin rəisi işləyib.

Bir müddət Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

Uğurlu fəaliyyətinə görə Xankişi Kişiyevə \”Əməkdar Mühəndis\” və \”Rabitə Ustası\” fəxri adları da verilib.

Artıq bir neçə gündür ki, Xankişi Kişiyevin adı BTRİB -in rəsmi saytından da çıxarılıb.

Xatırladaq ki, bir müddət öncə Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Əliyev bu qurumun Baş direktoru vəzifəsinə təyin edilib.

RYTN-in tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.
BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provaydreləri və digər rabitə qurumları daxildir.(xeberler.az)

İnterpress.az