Müdafiə Nazirliyindən verilən xəbərdə deyilir ki, cəbhəyanı bölgədə təşkil olunan toplantıda \”Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında təlimat\” barədə müdafiə nazirinin müvafiq qərarı və onun icrasını təmin etmək məqsədilə hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri üçün hazırlanmış yardımçı vəsaitlər şəxsi heyətə çatdırılıb.
İxtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, psixoloji hazırlığı, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.
(virtualaz.org)
İnterpress.az