İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polisin İzmir vilayətinin bir neçə bölgəsində həyata keçirdiyi əməliyyatlar zamanı terror təşkilatına yardımedən onlarla şəxs saxlanılıb.
İzmir polisindən əldə olunan məlumata görə həyata keçirilən əməliyyatlar zamanı Xalqların Demokratik Partiyasının (HDP) İzmir vilayət təşkilatının sədri Səlahəttin Dəmirtaş da saxlanılıb.
Saxlanılanların evlərində axtarış aparılıb. Axtarış zamanı PKK-nı dəstəkləyən HDP üzvlərinin və sədrinin evindən dövlətçilik əleyhinə sənədlər tapılıb.
İnterpress.az