Partiya sədri bildirib ki, vəzifəsindən azad edilən Salyan rayonunun icra başçısı Tahir Kərimov vaxtı ilə onun işçisi olub.
\”Prezidentin ətrafında olan bir sıra məmurlar xalqa xidmət eləmir. Onlar ölkə başçısına xəyanət edirlər. Onların hamısını vəzifədən bir-bir azad etmək və cəzalandırmaq
lazımdır.
Salyanın eks-icra başçısı Tahir Kərimovu mən çox gözəl tanıyıram. O, vaxtı ilə mənim işçim olub. Vəzifəyə təyin olunanda işçilərimin içərisində o, da var idi. Heç bir bacarığı olmayan, oğru, talançının biri idi. Təbii ki, mən onu işdən azad etdim. Amma çox təəssüflər olsun ki, belə bir adam hansısa yollarla gedib yenidən vəzifəyə yiyələnə bildi. Tahir Kərimovun Daşkəsəndə qiyməti milyonlarla manata bərabər restoranı var. 900 manat maaş alan adam bu obyekti hansı pula tikib? Korrupsiya idarəsi 100-200 manat rüşvət alan adamı həbs edir. Amma belələri ilə maraqlanmır.
Hesab edirəm ki, idarə artıq bu işlərlə də maraqlanmalıdır.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin kim olduğunu isə hamı gördü. Bu tərbiyəsiz adam insanlara söyüş – təhqir yağdırdı, sonra da vəziyyətdən çıxmaq üçün dedi ki, ərk eləmişəm, qohumlarım olub. Görün necə düşüncə tərzinə malik adam rayonun rəhbəri idi. Mən bu günə qədər bu insanlar haqda dəfələrlə açıqlama verərək demişəm ki, bu tərbiyəsizlər, rüşvətxorlar vəzifəsindən azad olunmalıdır. Məni qınayanlar, təhdid edənlər olsa da gördüyünüz kimi dediklərimin hamısı özünü doğrultmaqdadır. Mən bir addım da geri çəkilməyəcəm\”. (moderator.az)
İnterpress.az