Nigerdəki çevriliş idarəsi hərbi müdaxilə təhlükəsini əsas gətirərək ölkənin hava məkanını növbəti xəbərdarlığa qədər bağladıqlarını açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Uçuş izləmə saytı Flightradar24 göstərir ki, hazırda Niger səmasında heç bir təyyarə yoxdur.
Qərbi Afrika ölkələri qrupu, ECOWAS, daha əvvəl dərc etdikləri bir mesajda Niger prezidenti Məhəmməd Bazum bazar günü saat 23:00-a qədər bərpa edilməsə, güc tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.
Xunta sözçüsü Niger silahlı qüvvələrinin ölkəni müdafiə etməyə hazır olduğunu bildirib.
Bazoum iyulun 26-da saxlanılıb, bundan sonra Prezident Qvardiyasının komandanı, general Abdurahmane Tchiani özünü ölkənin yeni lideri elan edib.