Cənubi Koreyada 27 nəfər istilərdən ölübbackend

Cənubi Koreyada 27 nəfər istilərdən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyaya təsir edən isti dalğası nəticəsində ölənlərin sayı 27-yə yüksəldiyi halda, həddindən artıq istidən ölənlərin sayı 2018-ci ildən bəri ən yüksək rəqəmə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, ölkə ərazisində mövsümi normaları aşan temperatur həyata mənfi təsir göstərməkdə davam edir.

Ölkəni təsir edən 38 dərəcəyə çatan istilər səbəbindən həyatını itirənlərin sayı 27-yə yüksəlib. Bu, 2018-ci ildə 48 nəfərin həddindən artıq istilərdən öldüyü bildiriləndən sonra ən yüksək rəqəmdir.

Həddindən artıq istilərin yaratdığı xəstəliklərlə xəstəxanaya yerləşdirilənlərin sayının 2 min 58-ə yüksəldiyini qeyd edən səlahiyyətlilər, xəstəxanaya müraciət edənlərin yüzdə 30,9-unun 65 yaş və üstü olduğunu açıqlayıb.

Səlahiyyətlilər bildiriblər ki, sentyabr ayına qədər istilərlə bağlı ölüm hallarının artacağı gözlənilir.

Bildirilib ki, Seul hökumətinin həddindən artıq istilərlə bağlı verdiyi xəbərdarlıq ən yüksək “ciddi” səviyyədə davam edib.

Cənubi Koreya Meteorologiya İdarəsinin açıqlamasında, isti havanın təsirinin davam edəcəyi ilə xəbərdarlıq edilib.