İnterpress.az xəbər verir ki, Bakıxanov qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü G. H. martın 9-da evdən gedib. O, evlənmək məqsədilə Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Elşən Həmidovla qaçdığı bildirilir. 21 yaşlı qızın anası F. A. qızının qaçırılması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib. O, qızının zorla qaçırıldığını deyib.
Faktla bağlı araşdırma aparılır. (teleqraf.com)
İnterpress.az