Şirkətdən 60 min dollar aparan şəxslərə hökm oxunubbackend

Şirkətdən 60 min dollar aparan şəxslərə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Mustafayev və N.Xəlilovun hər biri 14 il, A.Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il avqustun 28-də saat 04 radələrində R.Quliyev küçəsində yerləşən “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olaraq, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl-qolunu bağlayıb, içərisində 60 000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Nicat Xəlilov, Aqşin Mustafayev və Azad Həziyev tutulub.(report)

İnterpress.az