Lukaşenko Polşa ilə “münasibətləri düzəltmək” əmrini veribbackend

Lukaşenko Polşa ilə “münasibətləri düzəltmək” əmrini verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə “münasibətləri düzəltmək” əmrini verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Lukaşenko qeyd edib ki, Belarus, ilk növbədə, “Şərq hesabına yaşayır” . Ancaq yüksək texnologiyalı Qərbi də unutmaq olmaz. Onlar bizim yanımızdadırlar, qonşularımızdır – Avropa İttifaqı. Və onlarla münasibətləri itirmək olmaz. Biz buna hazırıq, amma öz maraqlarımızı nəzərə alaraq. İnanın, vaxt gələcək (indi belə təlatümlər var, bizim dilimizdə desək, böyük çətinliklər var) – 2024-2025-ci illərdə əminəm ki, onların arasında dünyada ciddi dəyişikliklər olacaq”, – Lukaşenko bildirib.

Eyni zamanda Belarus prezidenti qeyd edib ki, polyaklarla danışmaq lazımdır.

“Mən Baş nazirə onlarla əlaqə saxlamağı tapşırdım. İstəsələr, danışaq, münasibətləri nizamlayaq. Biz qonşuyuq, qonşular isə seçilmir, onlar Allahdandır”, – Lukaşenko bildirib.

Məlumat üçün bildirək ki, indiyə qədər, yəni 2023-cü ilin martında Lukaşenko Polşanı ölkəsinə hücum hazırlamaqda ittiham edib.