Antarktidada 20 qolu olan dəniz canlısı kəşf edilibbackend

Antarktidada 20 qolu olan dəniz canlısı kəşf edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antarktidada tədqiqatçılar 20 qolu olan yeni növ dəniz canlısı aşkar ediblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tədqiqatçılar dərc etdikləri məqalədə forma oxşarlığına görə adını latınca “çiyələk” mənasını verən sözündən götürən “Promachocrinus fragarius” adlandırılan canlı haqqında təfərrüatlara yer veriblər.

Bildirilib ki, Antarktida sahillərində tapılan dəniz zanbağı növü olan “Promachocrinus fragarius”un 20-yə yaxın budağı var və rəngi “bənövşəyi” və “tünd qırmızı” arasında dəyişə bilər.

Yeni kəşf edilən dəniz canlısının iki fərqli qolu olduğu bildirilərkən, altındakı qolların “kobud və zolaqlı”, yuxarıdakıların isə daha “tüklü” olduğu qeyd edilib.

Bildirilib ki, “böyük” ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın 65-6500 fut (təxminən 19-1981 metr) dərinliklərində yaşayır.

Araşdırmanın təfərrüatları “Onurğasızların Sistematikası” jurnalında dərc olunub.