Mərakeşin Atlantik okeanı sahillərində 67 qeyri-qanuni miqrantın xilas edildiyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dəniz Qüvvələrinin Atlantik Okeanı üzərindəki Tarfaya bölgəsinin 100 kilometr şimalında bir gəmini dayandırdığı ifadə edilib.
Dayandırılan qayıqda 67 nizamsız miqrantın olduğu və Hərbi Dəniz Qüvvələrinin “humanitar yardım və xilasetmə missiyası” çərçivəsində gəmiyə müdaxilə etdiyi bildirilib.
Qeyd edilib ki, onların hamısının Sahara-altı Afrika ölkələrindən olan qeyri-qanuni miqrantlara lazım olan ilk yardım göstərilib və lazımi prosedurların aparılması üçün Əl-Ayun limanına köçürülüblər.
Avropa sahillərinə yaxın coğrafi mövqeyinə görə Mərakeş qeyri-qanuni miqrantların sıx keçid məntəqəsi kimi istifadə etdiyi bölgələr arasındadır.