Əfqanıstanda qadağalara dirəniş: yeraltı qadın məktəbləri fəaliyyətə başladıbackend

Əfqanıstanda qadağalara dirəniş: yeraltı qadın məktəbləri fəaliyyətə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstandakı Taliban administrasiyası 2021-ci ilin avqustunda ölkə rəhbərliyini ələ keçirdikdən sonra qadınları ictimai həyatda sıxışdırmaq üçün bir çox qərarlar qəbul edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Gənc qızlara və qadınlara ən çox təsir edən qərarlardan biri qızların yalnız ibtidai təhsil almasına icazə verilməsi olub. Bununla belə, əfqan qızlar Taliban administrasiyasından gizli şəkildə qurulan məktəb şəbəkəsində təhsil alaraq öz hüquqları uğrunda mübarizəni davam etdirirlər.

“Əfqanistanı öyrən” adlı təhsil könüllüləri dərnəyinin iştirakı ilə qurulan “yeraltı məktəb şəbəkəsi” gənc qadınlara üz-üzə və ya məsafədən təhsil imkanları təqdim edir.

30 nəfərlik sinif otaqlarında davam edən təhsil mübarizəsində məktəblərdə çalışanların əksəriyyətini qadınlar təşkil edir.

Taliban administrasiyası qadınların təhsildə iştirakının tam qadağan olunmadığını və “zəruri kurikulum dəyişikliklərindən” sonra qadınların təhsildə iştirak edəcəyini bildirsə də, praktikalar bu istiqamətdə deyil.