Misirdə 41 milyon illik balina fosili tapılıbbackend

Misirdə 41 milyon illik balina fosili tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirdə paleontoloqlar 41 milyon il əvvəl yaşamış bir balina növünün fosili tapıblar.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tədqiqat qrupu balina növünü Misir kralı Tutankhamun və fosilin tapıldığı Vadi El-Rayan Qoruma Bölgəsinin adından sonra “Tutcetus rayanensis” adlandırıb.

2,5 metr uzunluğunda və təxminən 187 kiloqram ağırlığında olduğu təxmin edilən Tutcetusun balinaların tamamilə suda yaşamağa başladığından bəri təsbit edilən ən kiçik balina növü olduğu düşünülür.

Tədqiqata rəhbərlik edən Qahirə Amerika Universitetindən Hesham Sallam bildirib ki, tədqiqat dəniz həyatına keçidin ilkin mərhələlərini tam sənədləşdirən bir kəşfdir.

O, tamamilə dənizdə yaşayan ilk balinaların, bədənlərinin su axınına uyğun inkişaf etdiyinə, güclü quyruğu və quyruq üzgəcinə sahib olduqlarına, ayaq olaraq təyin oluna bilən arxa ayaqları olan son növlər olduğuna diqqət çəkib.

O ehtimal edib ki, bu ayaqlar yerimək üçün deyil, cütləşmə üçün istifadə olunub.

Kəşf edildiyi Qərb səhrasındakı Fayum vahəsi Qahirədən 150 kilometr cənub-qərbdə yerləşir və UNESCO-nun Dünya İrs Siyahısındadır.

Yüzlərlə balina fosilinə ev sahibliyi edən vahənin 34-56 milyon il əvvəl Eosen dövründə bölgəni əhatə edən tropik dənizin dibində olduğu düşünülür.