Çin daşqın və sürüşmə ilə mübarizə aparır: 2 nəfər ölüb, 16 nəfər itkin düşübbackend

Çin daşqın və sürüşmə ilə mübarizə aparır: 2 nəfər ölüb, 16 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Şian şəhərində güclü yağışların təsirli olduğu sel və torpaq sürüşmələrində 2 nəfər həyatını itirib, 16 nəfər isə itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çinin şimal-qərbindəki Şaansi əyalətinin Sian şəhərində təsirli olan leysan yağışları sel və torpaq sürüşmələrinə səbəb olub.

Luançjen şəhərində torpaq sürüşməsi nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər isə itkin düşüb.

Əraziyə gələn xilasedicilər axtarışlara başlayıb.

Güclü yağışlar və sürüşmə nəticəsində yollar, körpülər və elektrik xətləri də zədələnib.

Ölkənin şimalındakı Hebey əyalətində Doksuri qasırğasının yaratdığı daşqınlarda həyatını itirənlərin sayı 29-a yüksəlib. Bildirilib ki, itkin düşən 16 nəfərin axtarışları davam edir.

İlkin hesablamalara görə, əyalətdə iqtisadi itki 95,8 milyard yuan (13,2 milyard dollar) təşkil edir və əyalətin yenidən qurulmasının 2 il çəkəcəyi gözlənilir. Daşqınlardan 3,9 milyon insanın (ştat əhalisinin təxminən 5 faizi) zərər çəkdiyi, 40 mindən çox evin yararsız hala düşdüyü qeyd edilib. Bundan başqa, 155,5 min evə və elektrik enerjisi və rabitə xidmətləri göstərən digər obyektlərə ciddi ziyan dəyib.