Türkiyədə 3 min hektarlıq taxıl sahəsi yanaraq məhv edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə Sivasın Kangal mahalında baş verib.
Kəndlilərin traktorları ilə müdaxilə etdiyi yanğına Kangal Bələdiyyəsi xilasetmə qrupları müdaxilə edib.
Təxminən 1 saat ərzində yanğın nəzarət altına alınıb və söndürülüb. Söndürmə işləri zamanı traktor aşaraq yararsız hala düşüb. Yanğından sonra çəkilən hava görüntüləri dəymiş ziyanın miqyasını ortaya çıxarıb. Təxminən 10 min ton buğdanın məhv olduğu yanğında milyonlarla funt sterlinq zərərin dəydiyi təxmin edilir.