Banqladeşdə daşqınlarda ölənlərin sayı 57 nəfərə çatıbbackend

Banqladeşdə daşqınlarda ölənlərin sayı 57 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşin cənub-şərqində musson yağışlarının yaratdığı daşqınlarda ölənlərin sayı 57-yə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Banqladeş rəsmiləri avqustun 4-11-də ölkənin dörd böyük bölgəsində ümumilikdə 57 nəfərin öldüyünü açıqlayıb.

Meteoroloqlar yağışların daha 2 gün davam edəcəyi və çaylarda daşqınların ola biləcəyi barədə xəbərdarlıq edib.

Banqladeş Fəlakət İdarəsi Nazirliyindən verilən açıqlamada, musson yağışlarının səbəb olduğu daşqınlardan təxminən 1 milyon insanın zərər çəkdiyi bildirilib.

Qeyd olunub ki, daşqınlar nəticəsində çoxlu torpaqlar və yüzlərlə ev zərər görsə də, dəymiş ziyanın qiymətləndirilməsi bir həftədən çox çəkə bilər.

Banqladeşdə ümumiyyətlə iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları səbəbindən hər il minlərlə insanın həyatı mənfi təsirlənir.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.