Nigeriyada qaçırılan 10 nəfər xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ordunun ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Musa Yahaya açıqlamasında Kaduna əyalətinin Çikun bölgəsinin Yero kəndində silahlı şəxslərə qarşı əməliyyat keçirildiyini bildirib.
Yahaya qeyd edib ki, silahlılar tərəfindən girov götürülən 10 nəfər xilas edilib.
Əməliyyatda 3 silahlının zərərsizləşdirildiyini bildirən Yahaya silah və mühüm sursatların da ələ keçirildiyi barədə məlumatı söyləyib.
Nigeriyada adam oğurluğuna görə ölüm cəzasına baxmayaraq, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.