Nigeriyada terror aktı: 13 ölübackend

Nigeriyada terror aktı: 13 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqində təşkil etdiyi hücumda 13 nəfər həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, terror təşkilatı Boko Haram üzvləri Borno əyalətinin Vulari kəndində hücum həyata keçirib.

Hücumda 13 mülki vətəndaş həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.