İranın cənub-şərqində qum fırtınası səbəbindən dövlət qurumları yenidən tətilə çıxıbbackend

İranın cənub-şərqində qum fırtınası səbəbindən dövlət qurumları yenidən tətilə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin bir çox şəhərlərində qum fırtınası səbəbindən dövlət qurumlarının fəaliyyəti bir gün daha dayandırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Muhsin Haydari bölgədə qum və toz fırtınalarının davam etdiyini bildirib.

Haydari bu gün Zabul şəhərində küləyin sürəti saatda 108 kilometrə çatıb.

Havada tozun miqdarının artması səbəbindən Zabulda 600 metrə, Zehekdə isə 700 metrə qədər görmə qabiliyyəti azalıb.

İran rəsmisi bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən vilayətin şimalında yerləşən Zabul, Hamun, Zehek, Hirmend və Nimruz şəhərlərindəki bütün dövlət qurumları bir günlük daha məzuniyyətə buraxılıb.

Vətəndaşların, xüsusən də tənəffüs yoluxucu xəstələrin məcburi olmadıqca çölə çıxmaması lazım olduğunu bildirən Haydari çölə çıxmalı olanlara maskalardan istifadə etməyi tövsiyə edib.

Qum və toz fırtınası ilə əlaqədar dünən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində dövlət qurumları və banklar bağlanıb.