Gürcüstanda bütün yanacaqdoldurma məntəqələrində yanacaq bahalaşıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, qiymət arxivi göstərir ki, qiymət artımı tendensiyası bu ilin may-iyun aylarından başlayıb.
Böyük markalı yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri demək olar ki, eynidir. Bu şirkətlər həftənin müəyyən günlərində həm endirim kartları ilə, həm də xüsusi şərtlərlə istifadəçilərinə müxtəlif növ endirimlər təklif edirlər. Bu halda yanacaq 10, 15 və ya 20 tetri endirimlə alına bilər. Bundan əlavə, bəzi şirkətlərdə özünə xidmət göstərən yanacaqdoldurma məntəqələri var, burda yanacaq 10-15 tetri ucuzdur.
Kiçik yanacaqdoldurma məntəqələrində yanacaq nisbətən ucuzdur, baxmayaraq ki, son aylarda qiymət artımı tendensiyası burada da nəzərə çarpır.