Banqladeşdə denq qızdırmasından ölənlərin sayı 416 nəfərə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DHGS) verdiyi açıqlamada, ölkədə dang qızdırmasından həyatını itirənlərin sayı 416-ya yüksəlib, onlardan 318-i paytaxt Dəkkədə olub.
Açıqlamada son 24 saatda 18 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
DGHS-nin məlumatlarına görə, yanvar ayından bəri dang qızdırması hallarının sayı Dakkada 43,665 olmaqla 87,891-ə yüksəlib.
İyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çox dang qızdırması aşkar edilib.