Almaniyanın ən böyük əyləncə parkında qəza: 7 yaralıbackend

Almaniyanın ən böyük əyləncə parkında qəza: 7 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın ən böyük əyləncə parkı Europarkda dalğıc şousu zamanı səhnənin və hovuzun uçması nəticəsində 7 nəfər xəsarət alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyanın Baden-Vürtemberq əyalətinin Rust şəhərində ölkənin ən böyük əyləncə parkı olan Europarkda “Quldurların qayıdışı” dalğıc şousu zamanı səhnə və hovuz çöküb.

5 nümayişçi və 2 ziyarətçi olmaqla ümumilikdə 7 nəfər yaralanıb.

Qəzanın səbəbi hələlik məlum olmasa da, qəzanın baş verdiyi hissənin sabah yenidən ziyarətçilərin üzünə açılacağı bildirilib.

Keçən iyun ayında Europarkda yanğın baş verdi və təxminən 25 min insan parkdan təxliyə edilib.