Bakıda Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobilin qəzaya düşməsi nəticəsində ölən şəxs tanınmış diaspor lideri Şahin Məmmədovun oğludur.
Bu barədə İnterpress.az özəl olaraq məılumat əldə edib.
Məlumata görə, ölən Ruslan Məmmədov Azərbaycan diasporunun tanınmış simalarından Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur.
Qeyd edək ki, qəza nəticəsində Nicat Şakirlinin sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.
İnterpress.az-ın kollektivi hadisə ilə əlaqədar Azərbaycan diasporunun tanınmış simalarından Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədova başsağlığı verir, yaralılara şəfa diləyir.
Посмотреть эту публикацию в Instagram