Lənkəran Ağır Cinayətlər Məhkəməsində zorlamağa cəhd etməkdə təqsirləndirilən Surxay Xəlilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə 06 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində Lənkəran rayonu, Havzava kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Surxay Xəlilov sərxoş vəziyyətdə yaşayan qaynıgilə gedib. O, evdə olarkən qaynının həyat yoldaşı V.V.-ni (şərti) zorlamağa çalışıb. Lakin qadın ona müqavimət göstərib. Surxay Xəlilov qadının ərinin əlində işıqla küçədən gəlməsini zənn edərək hadisə yerini tərk edib.
Onun barəsində Cinayət Məcəlləsinin zorlamaya cəhd maddəsi ilə ittiham irəli sürülüb.