NASA: Son 5 ilin ən isti 5 iyulu baş veribbackend

NASA: Son 5 ilin ən isti 5 iyulu baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA alimləri apardıqları ölçmələrdə 2023-cü ilin iyul ayının qeydlərin aparıldığı 1880-ci ildən bəri ən isti ay olduğunu təsdiqləyiblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Son 5 ilin ən isti 5 iyulunun yaşandığı açıqlanıb.

“Ümumilikdə, 2023-cü ilin iyul ayı NASA-nın qeyd etdiyi bütün digər iyullardan 0,24 dərəcə, 1951-1980-ci illərin orta iyul ayından isə 1,18 dərəcə isti olub”, NASA-nın bəyanatında deyilir.

Cənubi Amerika, Şimali Afrika, Şimali Amerika və Antarktika yarımadasının bəzi hissələrinin xüsusilə isti olduğunu ifadə edən NASA, bu bölgələrdə temperaturun ortalamanın təxminən 4 dərəcə üzərində artdığını bildirib.

Temperaturda rekord qıran 2023-cü ilin iyul ayında xüsusilə son 40 ildə özünü büruzə verən uzunmüddətli insan səbəbli istiləşmə tendensiyası davam etdiyi ortaya çıxdı.

NASA-nın meteorologiya stansiyalarından əldə edilən səth hava istiliyi məlumatlarına görə, son 5 ildə 1880-ci ildən bəri ən isti 5 iyul ayının yaşandığı vurğulanıb.