Bu barədə aznews.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid bildirib. Onun sözlərinə görə, siyahı artıq hazırdır və o baxılması üçün Prezident Administrasiyasına göndərilib. R.Məcid əfv sərəncamının Novruz bayramına kimi imzalanacağını vurğulayıb.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Əfv Komissiyasına 400-dən çox müraciət daxil olub.
Onu da xatırladaq ki, sonuncu dəfə əfv fərmanı 2015-ci ilin dekabr ayında, Yeni il bayramı ilə əlaqədar imzalanıb. Sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.
İnterpress.az