Meksikada 84 yaşlı qadının qarnında 40 yaşlı döl tapılıbbackend

Meksikada 84 yaşlı qadının qarnında 40 yaşlı döl tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın şimalındakı Duranqo əyalətində qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında 40 yaşlı döl tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meksikanın Duranqo əyalətində şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında döl aşkarlanıb.

Müayinə nəticəsində dölün təxminən 40 yaşında olduğu müəyyən edilib və həkimlər uşaqlıqdan kənar hamiləlik nəticəsində körpənin 40 həftəyə qədər uşaqlıqdan kənarda inkişaf etdiyini, lakin bu səbəblə qadının bətnində qaldığını bildiriblər.

Həkimlər dölün çıxarılması üçün istənilən cərrahi müdaxilənin qadının yaşına görə riskli olduğunu da bildiriblər.