Alzheimerin müalicəsində əhəmiyyətli irəliləyiş: Xəstəliyin gedişatını yavaşlatmaq olarbackend

Alzheimerin müalicəsində əhəmiyyətli irəliləyiş: Xəstəliyin gedişatını yavaşlatmaq olar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alzheimer yaddaşı zəiflədən ən pis xəstəliklərdən biridir. Xəstəliklə bağlı yeni dərmanlar xəstələr və onların yaxınları tərəfindən ümidlə izlənir.

İnterpress.az xəbər verir ki, alzheimer üçün yeni hazırlanmış dərman tibb aləmində səs-küy yaradıb.

Müəyyən edilib ki, dərman 18 ayda xəstəliyin gedişatını 30-40 faiz ləngidir.

Türkiyədə təxminən 800 min insan demansla mübarizə aparır. Alzheimer bu xəstəliklərin ən əhəmiyyətlilərindən biridir.

Yeni hazırlanmış “Donanemab” dərmanı xəstələrin və onların yaxınlarının ümidini artırıb.

Dərmanla bağlı araşdırma dünyaca məşhur elmi tibb jurnalı “The Journal Of The American Medical”də dərc olunub.

60-85 yaş arası 1736 insan üzərində aparılan araşdırmaya görə, yeni Alzheimer dərmanı xəstəliyin əlamətlərini 30 faiz ləngidir.

İstanbul Universiteti Tibb Fakültəsi Nevrologiya kafedrasının müdiri Prof. Dr. Haşmet Hanağası dərmanın Alzheimer xəstəliyi ilə əlaqədar böyük bir inkişaf olduğunu ifadə edərək deyib:

“Bu, Alzheimer xəstəliyinin inkişafını yavaşlatmağa yönəlmiş bir dərmandır və görüldü ki, 18 aylıq bir müddətdən sonra istifadə edən xəstələr, istifadə etməyənlərə nisbətən yüzdə 30-40 nisbətində irəliləyiş əldə edib. Bu, təbii ki, Alzheimer xəstəliyi üçün böyük irəliləyişdir.Çünki ilk dəfədir ki, xəstəliyin gedişatına müsbət təsir göstərir”.

Dərman Alzheimer xəstələrinin beyinlərində əmələ gələn “Beta Amiloid” adlı yapışqan maddəni təmizləmək üçün hazırlanıb. Xəstəliyin ilkin mərhələsində istifadə olunur.

Hanağası, dərmanların çox erkən diaqnozda faydalı olduğunu vurğulayıb.

Dərmanın gələn il bazara çıxacağı gözlənilir.