Venesuela Fələstində diplomatik nümayəndəliyini səfirlik səviyyəsinə qaldırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fələstin Xarici İşlər Nazirliyi tərəfindən Venesuelanın Fələstindəki diplomatik nümayəndəliyini səfirlik səviyyəsinə qaldırmasından məmnunluq hiss edildiyi bildirilib.
Bəyanatda bu qərar Venesuelanın 2009-cu ildə Fələstin Dövlətini tanımasının və iki dost ölkə arasında tarixi əlaqələrin dərinliyinin göstəricisi kimi qiymətləndirilib.