Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgəsində həftəsonundan bəri davam edən leysan yağışları nəticəsində 3 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Milli Fəlakət Xidmətindən verilən açıqlamada leysan yağışların səbəb olduğu daşqınlarda indiyədək 3 nəfərin öldüyü, 33 min 200 nəfərin təxliyə edildiyi bildirilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi O’Higgins, Maule, Nuble və Biobio bölgələrində küçə və küçələr su ilə dolduğu üçün çox sayda ev və avtomobilə ziyan dəyib.
Çili prezidenti Qabriel Boric açıqlamasında kiçik və orta sahibkarlara, eləcə də daşqınlardan zərər çəkənlərə və əkin sahələri zərər görən fermerlərə maliyyə yardımı edəcəklərini açıqlayıb.
Milli Kənd Təsərrüfatı Assosiasiyasının (SNA) prezidenti Antonio Walker yerli mətbuata verdiyi açıqlamada yağışların onların iqtisadiyyatına böyük təsir etdiyini və maddi ziyanın 300 milyon dollar civarında olduğunu bildirib.
Digər tərəfdən, meteorologiyanın son məlumatlarına görə, mərkəzi və cənub rayonlarında yağıntıların azalacağı gözlənilir.