Almaniyada güclü qasırğa nəticəsində 16 nəfər xəsarət alıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Alman polisi Lindau şəhəri yaxınlığındakı düşərgə ərazisində ağacların aşdığını, Konstans gölü sahilində 6 nəfərin yaralandığını, 1 nəfərin ağır olduğunu, ərazidəki 900 nəfərin təxliyə edildiyini açıqlayıb.
Nordlingen şəhərində güclü külək nəticəsində havada uçan cisimlərin 10 motosikletçinin xəsarət aldığı, onlardan 3-nün xəstəxanaya yerləşdirildiyi qeydə alınıb.
Səlahiyyətlilər Münhendə qatar xidmətlərinin dayandırılacağı, eləcə də digər xidmətlərdə gecikmələr və ləğvlərin ola biləcəyi barədə xəbərdarlıq edib.
Almaniya Meteorologiya İdarəsi (DWD) Şimali Reyn-Vestfaliya əyalətində güclü yağışların və güclü küləyin sürətinin saatda 110 kilometrə çata biləcəyi barədə xəbərdarlıq edib.
Almaniyada kəskin hava şəraitinin yaxın günlərdə qərb və cənub bölgələrində davam edəcəyi gözlənilir.