Sünnət toyunda atışma: ölən v yaralanan varbackend

Sünnət toyunda atışma: ölən v yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Balıkəsir şəhərinin Edremit rayonunda sünnət toyu zamanı yemək üstündə çıxan davada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisədən sonra qaçan şübhəlilərin tutulması üçün işlərə başlanılıb.

Bostancı məhəlləsindəki oteldə keçirilən sünnət toyuna gedən, hələlik şəxsiyyəti müəyyən edilməyən 3 nəfər ofisiantlardan yemək istəyib.

Toya gələn qonaqlardan başqa yemək verilə bilməyəcəyi cavabını alanlar ilə ofisiantlar arasında mübahisə yaranıb.

Mübahisə böyüyərkən 3 şübhəlidən biri yanındakı tüfənglə ofisiantlar Özkan Kanat və Serkan Kanata 3 atəş açıb.

Hadisədə Özkan Kanat başından, qardaşı Serkan Kanat isə bel və omba nahiyəsindən yaralanıb.

Xəbəri alan kimi hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib.

Yaralılar hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım qrupları tərəfindən Edremit Dövlət Xəstəxanasına aparılıb.

Özkan Kanat xəstəxanada edilən müdaxiləyə baxmayaraq həyatını itirib.

Həyati təhlükəsi olan Serkan Kanat ilk müalicəsinin ardından Balıkesir Atatürk Şəhər Xəstəxanasına köçürülüb.

Jandarma qrupları hadisədən sonra qaçan şübhəlilərin tutulması üçün iş başladıb.