Mozambikdə fəaliyyət göstərən “Ənsarus Sünnə” terror təşkilatının sözdə lideri olduğu iddia edilən Bonomade Maçude Ömərin öldürüldüyü açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mozambik prezidenti Filipe Nyusi Kabo Delqado bölgəsində fəaliyyət göstərən Ensar’us Sünnə təşkilatına qarşı mübarizədəki son vəziyyəti dəyərləndirib.
Nyusi həyata keçirilən əməliyyatlar nəticəsində təşkilatın sözdə lideri olduğu bildirilən Ömərin zərərsizləşdirildiyini açıqlayıb.
Ömər və onunla birlikdə bəzi təşkilat üzvlərinin öldürüldüyünü qeyd edən Nyusi terrorla mübarizəni davam etdirəcəkləri mesajını verib.
Mozambikin Kabo Delqado bölgəsində 2017-ci ildən bəri Ənsar’us Sünnə terror təşkilatının mülki şəxslərə qarşı hücumlarında 4 minə yaxın adam həyatını itirib. Hücumlar nəticəsində yüz minlərlə insan didərgin düşüb.
Təşkilat bölgədə təbii qaz və qiymətli metalların yerləşdiyi strateji nöqtələri ələ keçirdikdən sonra xarici muzdlular və Cənubi Afrika İnkişaf Birliyinin (SADC) missiyası terrorla mübarizəyə başlayıb.
SADC missiyasının bir hissəsi olaraq Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Lesoto, Malavi, Cənubi Afrika, Tanzaniya və Zambiyadan yüzlərlə əsgər ölkədə xidmət edir. Ruanda da xüsusi bölmələri ilə terrorla mübarizəni dəstəkləyir.