“Space X” Beynəlxalq Kosmik Stansiyaya 4 astronavt göndəribbackend

“Space X” Beynəlxalq Kosmik Stansiyaya 4 astronavt göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Maska məxsus kosmik nəqliyyat şirkəti “Space X” Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4 astronavt göndərib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Crew-7” missiyasını yerinə yetirmək üçün 4 astronavtın daxil olduğu “Crew Dragon” kapsulu yerli vaxtla saat 03:27-də “Space” ilə ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Stansiyasından orbitə buraxılıb.

NASA-nın əməkdaşı Jasmin Moghbelinin rəhbərlik etdiyi yeni komandaya Avropa Kosmik Agentliyindən (ESA) danimarkalı Andreas Mogensen, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Satoşi Furukava və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) kosmonavt Konstantin Borisov daxildir.

Ekipajı daşıyan Crew Dragon kapsulunun Falcon 9 raketini tərk edərək BKS-nin orbitində 24 saatdan çox orbitdə qaldıqdan sonra sabah yerli vaxtla səhər saat 8.39-da BKS-ə çatması gözlənilir.

Təxminən 190 gün stansiyada qalması gözlənilən yeni komandanın mart ayından etibarən stansiyada olan “Ekipaj-6” astronavtlarından vəzifə alması 5 gün çəkəcək.