Yaponiya: Okeana axıdılan tullantı sularında radioaktivlik səviyyəsi təhlükəsiz hədlər daxilindədirbackend

Yaponiya: Okeana axıdılan tullantı sularında radioaktivlik səviyyəsi təhlükəsiz hədlər daxilindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Fukusima Daiiçi Atom Elektrik Stansiyasında toplanan təmizlənmiş radioaktiv tullantı sularını dənizə axıdmağa başlayan zavod operatoru TEPCO bölgənin açıq sularından götürülmüş su nümunələrində radioaktivlik səviyyəsinin təhlükəsiz həddə olduğunu açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və sunamidən sonra Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında yığılan təmizlənmiş radioaktiv tullantı sularının dənizə axıdılmasından sonra bölgədən ilk sınaq nəticələri gəlib.

Cümə axşamı günü elektrik stansiyasından 3 kilometr uzaqlıqda 10 fərqli bölgədən su nümunələri götürən Yaponiyanın elektrik enerjisi şirkəti və elektrik stansiyası operatoru TEPCO tədqiq edilən nümunələrdəki radioaktivlik səviyyəsinin təhlükəsiz həddə olduğunu açıqlayıb.

TEPCO-nun sözçüsü Keisuke Matsuo mətbuat konfransında nümunələrdə görülən dəyərlərin litr başına 1500 bechereldən (1500 bq/L) aşağı olduğunu söyləyib.

Müəyyən edilmiş dəyərin 60.000 becherel (60.000 bq/L) olan milli təhlükəsizlik standartından xeyli aşağı olduğunu qeyd edən Matsuo TEPCO-nun növbəti ay ərzində hər gün su analizləri aparmağa davam edəcəyini bildirib.

TEPCO həmçinin təmizlənmiş radioaktiv tullantı sularının AES-dən okeana axıdılmağa başladığı anların və axıdılmasından sonra dəniz sularından suyun nümunə götürüldüyü anların görüntülərini də yayıb.

Xatırladaq ki, Çernobıl faciəsindən sonra ən böyük nüvə fəlakəti olan Fukuşima Atom Elektrik Stansiyasında qəzada 2011-ci ildə 9 ballıq zəlzələ və sunamidən sonra 3 nüvə nüvəsinin əriməsi nəticəsində radiasiya sızması baş verib.

Minlərlə insanın təhlükəsizlik riski səbəbilə bölgədən təxliyyə edildiyi, qəzadan sonra 1,3 milyon ton radioaktiv tullantı suyun meydana gəldiyi açıqlanıb.

Yaponiya hökuməti uzun araşdırma prosesindən sonra tullantı sularının beynəlxalq standartlara uyğun təmizlənməsi və dənizə axıdılması barədə qərar qəbul edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) beynəlxalq standartlara uyğun olduğunu bəyan etdiyi təxliyə avqustun 24-ü cümə axşamı günü başlayıb. Təxliyə planı bəzi seqmentlərin, o cümlədən ölkədəki balıqçıların və Çinin reaksiyasını çəkib.

Birinci mərhələdə 2024-cü ilin mart ayına qədər ümumilikdə 31 min 200 ton, 17 gündə 7 min 800 ton radioaktiv tullantı suyunun okeana axıdılması planlaşdırılır.

Böyük miqdarda təmizlənmiş suyun təhlükəsizlik prosedurları çərçivəsində birdən-birə axıdılması mümkün olmadığından, atqı prosesinin tamamlanmasının 30 il çəkəcəyi gözlənilir.