ABŞ-ın Massaçusets ştatının paytaxtı Bostonda atışma nəticəsində 7 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Boston polisi səhər saatlarında Dorchester rayonunda silahlı hücum olduğunu və 7 nəfərin yaralandığını açıqlayıb.
Polis məmuru Michael Torigian verdiyi açıqlamada yaralılardan 7 nəfərin xəstəxanaya aparıldığını və onların həyati təhlükəsi olmayan xəsarətlərinin olmadığını bildirib.
Hadisə yerində odlu silahların tapıldığını bildirən Torigian, hücumla əlaqədar bəzi şəxslərin saxlanıldığını qeyd edib.