Şimali Koreya Ukraynaya F-16 təyyarələri verən Avropa ölkələrini tənqid edirbackend

Şimali Koreya Ukraynaya F-16 təyyarələri verən Avropa ölkələrini tənqid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Simali Koreya Hollandiya, Danimarka və Norveçin F-16 qırıcılarını Ukraynaya göndərmək qərarını tənqid edərək bunu “anti-sülh aksiyası” adlandırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkənin Beynəlxalq Araşdırma İnstitutu Avropa ölkələrinin Ukraynaya F-16-lar vermə qərarını dəyərləndirib.

Hollandiya, Danimarka və Norveçin Ukraynaya F-16 döyüş təyyarələri vermə qərarı tənqid edilib, qiymətləndirmədə, “Avropa ölkələrinin döyüş təyyarələri tədarükü qərarı uzun sürən müharibəyə səbəb olan və regional sülhü tamamilə məhv edən sülh əleyhinə bir hərəkətdir.

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 20-də Hollandiya və Danimarkadan ümumilikdə 61 ədəd F-16 alacaqlarını bildirib.

ABŞ F-16 döyüş təyyarələrini Ukraynaya çatdırmaq üçün Hollandiya və Danimarkaya yaşıl işıq yandırdıqdan sonra Zelenski avqustun 20-də Hollandiyaya, daha sonra Danimarkaya gedib.

Norveç də avqustun 24-də Ukraynaya F-16 qırıcıları tədarük etmək qərarına gəldiyini açıqlayıb. Beləliklə, Norveç Hollandiya və Danimarkadan sonra bu təyyarələri Ukraynaya göndərən üçüncü ölkə olub.