Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıbbackend

Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Uttar Pradeş ştatında müəllimin 7 yaşlı müsəlman şagirdi alçaltması və sinif yoldaşlarına sillə vurmasından sonra başlayan istintaq çərçivəsində məktəbin müvəqqəti bağlanmasına qərar verilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“India Today”in xəbərinə görə, Hindistan Təhsil Nazirliyi sözügedən məktəbin “ləğv ediləcəyini” və istintaq bitənə qədər bağlı qalacağını açıqlayıb.

Məktəblə bağlı Təhsil Nazirliyinin kriteriyalarına uyğun gəlmədiyi əsası ilə araşdırma başlanılıb.

Bağlanan məktəbin şagirdləri dövlət məktəblərinə və ya yaxınlıqdakı digər məktəblərə köçürüləcək.

Digər tərəfdən onlara müsəlman tələbəni sillələməyi əmr edən müəllim Tripta Tyaqi yerli televiziya kanalına deyib ki, o, etdiyi əməldən utanmır.

Avqustun 24-də Hindistanın ən sıx məskunlaşdığı əyalətinin Müzəffərnaqar şəhərindən 30 kilometr aralıda yerləşən Kubbapur kəndində Tripta Tyaqi adlı müəllimin gətirdiyi 7 yaşlı müsəlman uşağı alçaltdığı anın videosu yayılıb. Sinif yoldaşlarının qarşısında dinindən ötəri və digər tələbələrdən növbə ilə ona yumruq atmalarını istəməsi sosial mediada yayılıb