ABŞ-ın Florida ştatında yanğınsöndürən-xilasedici helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
NBC15-in xəbərinə görə, Broward County rəsmiləri Pompano Beach şəhərində yanğın-xilasetmə helikopterinin qəzaya uğradığını açıqlayıb.
Dəhşətli qəza nəticəsində helikopterdə olan 2, mənzildə olan 2 nəfər olmaqla 4 nəfər xəsarət alıb.
Qəzada yaralanan 4 nəfərin xəstəxanaya aparıldığı bildirilib.